Muğanbankın baş ofisində istiqrazların ikinci tiraj oyunu keçirildi. Nominalı 50 manat olan bu qiymətli kağızlar bank tərəfindən keçən ilin oktyabr ayında on il müddətinə emissiya olunmuşdur. Bu uzun müddət ərzində hər 45 gündən bir 8 tiraj keçiriləcəkdir. Beləliklə, bütün istiqraz sahibləri hər qırx beş gündən bir öz bəxtlərini sınaya bilərlər.
Ümumi uduş fondu isə 8 milyon 848 min manat təşkil edir. Bu dəfə uduşlu istiqrazların sayı iki dəfə artmışdır.
Oyun tam şəffaflıqla həyata keçirilmiş, çıxan uduşlu nömrələr on-line rejimdə bankın saytında yerləşdirilmiş, istiqraz sahiblərinin tədbirə şəxsən qatılmasına imkan yaradılmışdı. 200 istiqraz udmuşdur. Muğanbankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, bütün istiqrazlar adsız istiqrazlardır. Buna görə də xoşbəxt istiqraz sahiblərinin adları hələki məlum deyil.
Baxmayaraq ki, bəzi istiqraz sahibləri nə adlarını, nə də emosiyalarını gizlətdilər. İkinci sıradakı xanım - “Yes”, Bütün rəqəmlər uyğundur, mənimkilər sevinəcəklər- deyə sevinlə qışqıranda qonaqlar az təəcüblənmədi. Beləki, oyundan bir gün əvvəl aldığı beş istiqrazdan biri sahibəsinə 10 000 manat qazandırdı.
İstiqraz almamış və keçən oyunda iştirak edə biləməyənlərin hələ öz bəxtlərini sınamaq şansı var. Növbəti, səyyar oyundur və 15 mart tarixində Gəncə şəhərində keçiriləcəkdir. 200 istiqraz sahibi Novruz bayramı ərəfəsində 100, 250, 500, 1000, 2500, 5000 и 10 000 manat udmaq şansı əldə edəcək. Keçən oyunlarda olduğu kimi bu dəfə də istiqraz sahiblərinə tirajın keçirilməsi barəsində əvvəlcədən məlumat veriləcəkdir.
Siz hər şeydən əvvəl stabiliyyə qiymət verirsinizsə, onda Muğanbankın qiymətli kağızları düzgün seçimdir. Heç nə itirmədən yatırımlarınızı artırmaq imkanı qazanırsınız. Bankirin sözlərinə görə, istiqrazların uduş faizi kifayət qədər yüksəkdir və illik 9% təşkil edir, bundan başqa, istiqrazlar illik 2% gəlirlilik təmin edir.
Azartı sevirsinizsə, Muğanbankdan istiqraz alın və tirajlarında iştirak edin. Hər zaman əsas mükafatı -10 000 manatı udmaq şansını əldən verməyin. Muğanbankın istiqrazlarını seçməklə siz risksiz azartı seçirsiniz. Adi lotereyada uduzduqda siz onların alınmasına sərf etdiyiniz pulu itirirsinizsə, Muğanbankın istiqrazları ilə oyunda dəfələrlə iştirak edə və hətta bəxtiniz gətirməsə belə istiqrazınızı başqasına dəyişə və ya nominalı üzrə pulunuzu geri ala bilərsiniz.
Əgər yaxınlarınız üçün layiqli hədiyyə axtarırsınızsa, seçiminizi hökmən firavanlığınızın qeydinə qalan Muğanbank istiqrazlarının üzərində saxlayın.
İkinci tirajın nəticələri ilə bankın sayında www.muganbank.az və “Xalq” qəzetinin səhifələrində tanış ola bilərsiniz.

Fərdi bankçılıq
Facebook






