azenru
Əsas səhifə / İqtisadi xəbərlər
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку
Əhalinin kredit təşkilatlarındakı depozit və əmanətlərin həcmi 30 faiz artıb

Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, bunun 2385,8 mln. manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,0% çoxdur.

Depozitlərin 2076,7 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşüb. Banklara qoyulan əmanətlərin 984,9 mln. manatı (41,3%) manatla, 1400,8 mln. manatı (58,7%) isə xarici valyuta ilə cəlb edilib.

Hesabat dövrü ərzində iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8431,2 mln. manat təşkil edib. Kreditlərin 27,5%-i və ya 2318,9 mln. manatı ev təssərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1841,9 mln. manat (21,8%) olub.

Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 530,1 mln. manatı (6,3%), sənaye və istehsalın payına isə 529,3 mln. manatı (6,3%) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1519,9 mln. manatı və ya 18,0%-i, kənd təsərrüfatı və emalına 391,5 mln. manatı və ya 4,6%-i, inşaat və əmlak sahəsinə 574,2 mln. manat (6,8%), digər sahələrə isə 64,5 mln. manatı və ya 0,8%-i yönəldilib.

Sia.az

Press-mərkəz