Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, kredit qoyuluşlarının 331,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 2349,6 mln. manatı (27,9%) qısamüddətli, 6081,7 mln. manatı (72,1%) isə uzunmüddətli kreditlər olub.
Qısamüddətli kreditlərin 169,1 mln. manatı və ya 7,2%-i, uzunmüddətli kreditlərin isə 162,3 mln. manatı və ya 2,7%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3922,8 mln. manat (46,5%), özəl banklar tərəfindən 4325,2 mln. manat (51,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,2 mln. manat (2,2%) kredit qoyulub.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2062,9 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,5%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 396,5 mln. manat (4,7%) kredit veriblər. Kreditlərin 4923,2 mln. manatı və ya 58,4%-i manatla, 3507,9 mln. manatı və ya 41,6%-i xarici valyuta ilə verilib.
Hesabat dövrü ərzində dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 5837,7 mln. manat təşkil edib. Pul kütləsinin 3972,8 mln. manatı nağd pul vəsaitlərinin, 884,4 mln. manatı tələb edilənədək vəsaitlərin, 980,5 mln. manatı isə müddətli depozitlərin payına düşüb.
Sia.az

Fərdi bankçılıq
Facebook






