azenru
Əsas səhifə / İqtisadi xəbərlər
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку
ARDNŞ-lə Almaniyanın “RWE Dea” şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb

SİA-nın məlumatına görə, Memorandumda Xəzərin Azərbaycan sektorundakı “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılması öz əksini tapıb.

İmzalanma mərasimində çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “RWE Dea”nın Avropanın ən böyük enerji şirkətlərindən olduğunu, ARDNŞ-in bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, qeyd edib ki, qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün xeyirli olacaq.
R.Abdullayev vurğulayıb ki, memorandum çərçivəsində “Naxçıvan” strukturunun öyrənilməsi üçün şirkətə 12 ay vaxt verilib. Bu 12 ay ərzində yeni Hasilatın Pay Bölgüsü Sazişinin layihəsi hazırlanacaq. Bundan sonra strukturda kəşfiyyat işləri həyata keçiriləcək.

”RWE Dea” şirkətinin prezidenti Yurgen Qrossman öz növbəsində bildirib ki, “Naxçıvan” layihəsi əməkdaşlığın bir elementidir. Gələcəkdə bu layihə “Nabucco” layihəsinin tərkib hissəsinə çevrilə bilər.

Daha sonra R.Abdullayev və Y.Qrossman memorandumu imzalayıb.

Sia.az

Press-mərkəz