azenru
Əsas səhifə / İqtisadi xəbərlər
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку
Nazir: “Fermerlər əkin sahələrindən əldə etdikləri məhsulu Taxıl Fonduna təhvil verəcəklər”

SİA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq keçən ildən başlayaraq taxıl əkini ilə məşğul olan regionlar siyahıya alınıb və həmin ərazilər üçün yararlı olan yüksək keyfiyyətli taxıl sortlarının gətirilməsinə başlanılıb: “Təşkil olunan Taxıl Fonduna ancaq yüksək keyfiyyətli taxıllar yığılır. Əvvəllər taxılçılıqla məşğul olanların məhsullarının yarısı geri qaytarılırdı. Lakin indi biz bu problemin aradan qaldırılması üçün planlı şəkildə iş aparırıq. Əgər biz 260 000 ton taxılı öz fermerlərimizdən alsaq nə qədər sərfəli olar”.

Nazir deyib ki, artıq taxılın saxlanılması üçün də yeni anbarların tikintisinə başlanılıb: “Səngəçalda yüz min tonluq taxıl anbarının tikintisi bu yaxınlarda başa çataçaq. Bundan əlavə Gəncə şəhərində 60 min tonluq anbarın tikintisi də artıq yekunlaşmaq üzrədir, təxminən may, iyun aylarında təhvil verilməsi nəzərdə tutlub”.

Sia.az

Press-mərkəz