SİA-nın məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov hökumətin yolların yüksək keyfiyyətli saxlanması məsələsinə toxunarkən bildirib. Nəqliyyat nazirinin sözlərinə görə, yolların yüksək keyfiyyətli saxlanması üçün bir sıra avtomobil yollarını pullu olacaq: "Yolların saxlanılması böyük məsrəflər tələb edir. Dövlət bu yolların yeni tikilməsindən sonra istənilən səviyyədə saxlanması üçün problemlərlə üzləşir. Bəzi ölkələrdə yollar pullu xidmət göstərir".
Nazir əlavə edib ki, pullu xidmət göstərən yollardan əldə olunan gəlir həm onu istifadəyə verən şirkətin biznesinin qurulmasına sərf olunur: "Eyni zamanda da bu, yolların saxlanması yüksək səviyyədə təmin olunur. Bu baxımdan ideyanı dərinləşdirmək lazımdır".
Sia.az

Fərdi bankçılıq
Facebook






