Haqqımızda
Uğurlar

2007-ci il bank üçün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından müsbət dəyişiklərlə əlamətdar olmuşdur. Qeyd etmək istərdik ki, 2007-ci ildə bankın yaradılmasının 15-ci ili tamam olmuşdur. Bütün bu illər ərzində bank dinamik şəkildə inkişaf etmiş, fərdi və korporativ müştərilər üçün yeni-yeni məhsullar təqdim etmişdir.

Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmiş, nəticədə Latviya fond birjasında 5 milyon ABŞ dolları məbləğində bank istiqrazlarını yerləşdirilmişdir. Beynəlxalq maliyyə institutları ilə gərgin və səmərəli fəaliyyətin daha bir göstəricisi 2007-ci ilin noyabr ayında AYİB ilə 5 milyon ABŞ dolları məbləğində növbəti razılaşmanın imzalanması olmuşdur.

2007-ci ildə beynəlxalq plastik kartların emissiyası üçün MasterCard şirkətindən aralıq lisenziya alınmışdır.

Ötən il ATM-lərimizin sayı iyirmi birə çatmışdır. Beynəlxalq pul köçürmə sistemləri üzrə artımı da qeyd etmək yerinə düşərdi. Bu istiqamətdə «Express Money» və «Inter Express » ilə müqavilələr imzalanmışdır.

2007-ci ilin sonuna bank aktivlərinin ümumi məbləği 2006-cı il ilə müqayisədə 40 482 min AZN və 102 % artmış və 80 313 min AZN təşkil etmişdir.

2007-ci ilin sonuna müştərilərə verilən kreditlərin həcmi 48 644 min AZN təşkil etmişdir. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə kreditləşmənin həcmi 24 710 min AZN və ya 103 % artmışdır.

2007-ci ilin sonuna müştərilərin hesablarındakı vəsaitlərin həcmi 7 239 min AZN təşkil etmişdir. 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1500 min AZN və ya 26 % artmışdır.

2007-ci ilin sonuna müddətli depozitlərin məbləği 16 985 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 6 402 min AZN və ya 60 % artım deməkdir.

2007-ci ilin sonuna bankın məcmu kapitalı 13 717 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 104 min AZN və ya 29 % çoxdur.

2007-ci ilin sonuna bankın vergi rüsumları çıxılmadan gəliri 1 585 min AZN təşkil etmişdir ki, bu da 2006-cı ilin dekabr ayına olan göstərici ilə müqayisədə 565 min AZN və ya 55 % çoxdur.

2007-ci ildə bir sıra əlamətdar dəyişikliklər baş vermişdir. Bankda struktur artımı baş vermiş, yeni filial və şöbələr açılmışdır. Beləliklə, paytaxtda «Azadlıq», «Bakıxanov», «Abşeron» , «Biləcəri», regionlarda isə «Gəncə», «Samux», «Mingəçevir 1» və «Mingəçevir 2» şöbələri müştərilərin ixtiyarına verilmişdir.

2007 axirina 22 filialı və 5 şöbəsi müştərilərin xidmətindədir.