Xəbərlər
Adsız istiqrazların 18-ci tirajı keçirildi
Adsız istiqrazların 18-ci tirajı keçirildi. Beləliklə, növbəti dəfə, uduş fondu 437.500 Manat təşkil edən 1200 ədəd uduşlu istiqraz sayəsində öz büdcələrini əhəmiyyətli dərəcədə artıran xoşbəxt istiqraz sahiblərinin siyahısı əhəmiyyətli dərəcədə genişləndi.
Artıq düz iki ildir ki, qiymətli kağızlar bazarına “Muğanbank” ASC-nin adsız istiqrazları çıxarılıb.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış, nominal dəyəri 50 Manat olan istiqrazların buraxılması üzrə hazırkı uzunmüddətli onillik layihənin yerli bazarda artıq iki ildən çox uğurla həyata keçirilməsi faktı layihənin etibarlılığından və hərtərəfli düşünülməsindən, sosial istiqamətlə uğurla tarazlaşdırılmasından xəbər verir.
Bundan başqa, hazırkı məhsula olan tələbatın artım dinamikasının tutarlı əsasları kimi aşağıdakı göstəricilər çıxış edir:
- layihənin etibarlılığı və stabilliyi;
- şəffaflıq (şəffaf lototronlar, tirajların kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilməsi, hər bir istiqraz sahibinin tirajlarda iştirak edə bilməsi və s.) hazırkı istiqrazlara olan tələbatın artım dinamikasını müəyyən edən əsas amillərdən biridir ki, bunun da nəticəsində emitent tərəfindən istiqrazların üçüncü emissiyası həyata keçirilmişdir: hazırda bazarda tədavülə 1 mln.ədəd istiqraz buraxılmışdır;
- hazırkı qiymətli kağızları Muğanbankın baş ofisinə və ya istənilən filialına geri qaytarıb nominalları üzrə məbləği geri alma imkanı;
- hazırkı qiymətli kağızlar artım xüsiyyətinə malikdir: 2% həcmində gəlir təmin edir, başqa sözlə onları geri qaytaran zaman sahibləri nominalları üzrə pullarını, üstəgəl hesablanmış illik faizlərini alırlar;
- tirajların dəqiq keçirilmə müddəti –hər 45 gündən bir.
Qeyd etmək vacibdir ki, tirajdan tiraja uduş şansları artır. Artıq uduşlu istiqrazların sayı 1.200 ədəd təşkil edir. Bir çox ölkələrin aparıcı ekpertləri yekdilliklə düşünürlər ki, öz büdcənə investisiya etmək məqsədəuyğundur və bu imkan qiymətli kağız alan zaman reallaşır. Onlar inanırlar ki, məsələn qızıl alışına vəsait yatırımı daha çox arxaik –psixoloji aspekt daşıyır, beləki, qızılın qiyməti stabil deyil və yatırdığın pulu itirmək riski böyükdür. İstiqrazlar real pullar deməkdir. İstiqrazların uduşa düşməsə belə onları istənilən vaxt geri qaytarıb nominalları üzrə məbləği və üstəlik illik hesablanmış faizlərini ala bilərsən. Sadə riyazi hesablama aparıb əmin ola bilərik ki, bir istiqraz alıb hətta ən minimal uduşa düşsək belə qazancımız iki qat olur. Xatırladaq ki, uduş məbləği 100 Manatdan başalayaq 50.000 Manata qədərdir.
Baxmayaraq ki, hazırkı qiymətli kağızların tədavülü hələ ilk mərhələsindədir, 80 tirajdan 18-sı həyata keçirilib, onlarla, yüzlərlə insan bunun müsbət nəticəni görmüşlər, büdcələrini artırmaq imkan əldə etmişlər və arzullarını reallaşdırmışlar. Məhz uğurlu istiqrazları sayəsində çoxlarına xaricə səyahət, avtomobil və ya mənzil almaq, hətta ailə şənlikləri keçirmək imkanı nəsib olmuşdur.
Təbii ki, öz rifahınıza daha çox investisiya edərək, yəni iki deyil, üç deyil, daha çox sayda istiqraz almaqla maliyyə imkanlarınızla yanaşı, uduş şanslarınızı da artırırsınız. Nəticə isə siz çox gözlətməyəcək. Və yeri gəlmişkən, bir uduşa deyil...
Bu məhsula tələbatın artması nəticəsində partnyor bankların (Atrabank, Zaminbank, Parabank) bu layihəyə qatılması bir çoxlarını sevindirdi və hal-hazırda istiqrazları həmin bankların filial şəbəkəsində əldə etmək mümkündür. Adı qeyd olunan banklardan həmkarlarımız tiraj keçirilərkən komissiya heyətinə daxildilər, bu da tədbirin şəffaflığını və obyektivliyini bir daha təsdiqləyir.
Qeyd. Əvvəlki tirajlarda olduğu kimi, 18-cı tiraj da online rejimdə bankın www.muganbank.az saytından canlı yayımlandı. Tirajın nəticələri – uduşa düşmüş istiqrazların nömrələri ilə həmin saytda, o cümlədən 1 fevral tarixində “Xalq qəzeti”ndə tanış olmaq olar. Sizi maraqlandıran suallarla bağlı 933 nömrəsinə zəng vura bilərsiniz. Bankın baş ofisi Ə.Rəcəbli 21B ünvanında yerləşir.

