Card to Card

Card to Card xidməti müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və kartın istifadə müddətini bilməlidir. “Card to Card” xidmətinə görə komissiya köçürmə məbləğinin 1% gədər təşkil edir.

Card to Card xidmətinin aparılması qaydası

  1. Kartı bankomata daxil edin:

Ekranda «İstədiyiniz dili seçin» məlumatı əks olunur:

  • Azərbaycan
  • Русский
  • English
  1. İstədiyiniz dili menyudan seçib yanında olan düyməni basın

Ekranda «Lütfən Pin-kodunuzu yığın sonra ENTER düyməsini basın» məlumatı əks olunur

  1. Pin-kodunuzu daxil edib ENTER düyməsini basın

Ekranda «İstədiyiniz əməliyyatı seçin» məlumatı əks olunur

  • Ödəmələr
  • Nağd Pul
  • Pul köçürmələri
  • Hesabda Qalıq
  • Pin-kodun dəyişdirilməsi
  • Hesabdan çıxarış
  1. «Pul köçürmələri» əməliyyatı seçilib ENTER düyməsi basılır; Ekranda «Valyuta seçimi» məlumatı əks olunur
  2. Valyuta növü seçilib ENTER və ya əks təqdirdə İmtina etmək düyməsi basılır
  • AZN
  • USD
  • EUR
  • GBP
  • və imtina etmək

Ekranda «Xahiş olunur məbləği köçürəcəyiniz kartın nömrəsini daxil edin» məlumatı əks olunur

  • İmtina etmək
  • Davam
  • Düzəliş
  1. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi daxil edilib Davam və ya ENTER düyməsi basılır

Ekranda «Kartın nömrəsini təkrar daxil edin» məlumatı əks olunur

  1. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi bir daha daxil edilir
  2. Ekranda «Köçürüləcək məbləği daxil edin» məlumatı əks olunur
  3. Köçürmək istədiyiniz məbləği daxil edib ENTER düyməsini basın
  • Davam
  • Düzəliş

Ekranda «Köçürməni təsdiq edirsinizmi»

  • Kartın nömrəsi
  • Məbləğ
  • Əməliyyat bitmişdir
  • Xeyr
  • Bəli

10. Köçürmə təsdiqlənir və əməliyyat bitmiş hesab olunur.