Cash by Code

Muğanbank müştərilərinə daha bir yeni xidmət – “Cash by Code” xidmətini təqdim edir. 
“Cash by Code” xidməti vasitəsi ilə hətta plastik kartı olmayan şəxslər bankomatdan pul vəsaiti əldə edə bilərlər. Muğanbankın plastik kart sahibləri istər ATM (bankomat), istərsə də Mobile Banking xidməti vasitəsi ilə “Cash by Code” əməliyyatını həyata keçirmək imkanına sahibdirlər.

Xidmətdən istifadə qaydaları çox sadədir. 
Plastik kart sahibi bankomatda “Cash by Code” xidmətini seçərək pulu alan şəxsin mobil nömrəsini və məbləği daxil edir. Pul vəsaitini əldə etmək üçün təqdim olunan müvafiq şifrənin bir hissəsi bankomatdan çek vasitəsi ilə, digər hissəsi isə pulu alan şəxsin mobil nömrəsinə göndərilən SMS vasitəsi ilə əldə edilir. 
Pulu alan şəxs 24 saat ərzində Azericard şəbəkəsinə daxil olan istənilən ATM-ə yaxınlaşaraq şifrənin hər iki hissəsini daxil edib göndərilən məbləği nağdlaşdıra bilər.

Cash by Code