Cash-In

Cash-In  bankın müştərilərinə ödəniş kartlarının cari balansını artırmaq, habelə kredit xətləri üzrə ödənişləri həyata keçirmək imkanı verir. Bu xidmətdən Azeri Card prossesinq mərkəzi tərəfindən xidmət olunan bankların Cash-In terminalları vasitəsilə, həmçinin Azeri Card-ın ödəniş terminallarında istifadə etmək mümkündür. Bankomatlar bank xidmətlərindən onlayn rejimdə, həftənin 7 günü 24 saat müddətində istifadə etməyə, habelə kartda köçürülən vəsaitləri dərhal görmək imkanı verir.