Çekozit

“Muğanbank” ASC “Birbaşa effekt rifahınıza müsbət töhfə verir” devizi ilə öz silsilə layihələrini müştərilərə təqdim edir.

Yeni “Çekozit” və “Avans Depozit” layihələrini həyata keçirməklə bankımız rifahınızın davamlı artımına xidmət edir.

 “Çekozit” və “Avans Depozit” layihələri haqqında:

 “Çekozit” – yerləşdirdiyiniz vəsaitin (minimum 500 AZN) müqabilində uduşlu “Muğanbank Çek”lər almaqla, həmin vəsaitin 80% məbləğində (minimum 400 AZN) əlavə Çeklərin nömrələrini əldə edib il ərzində keçirilən tirajlarda uduş şanslarınızı artırmaq imkanıdır.

Təbii ki, müştərilərimizin “Muganbank Çek”-ləri əldə etməkdə məqsədləri uduşlardan yararlanmaqdır.

Daha çox “Muğanbank Çek” almaq - daha çox uduş şansı qazanmaq deməkdir!

Layihəyə əsasən, minimum 10 ədəd “Muğanbank Çek” alan müştəriyə 80% artıq, yəni 8 ədəd Çekin nömrələri bir il müddətinə hədiyyə edilir.  Müştərinin özü tərəfindən seçilən həmin Çek nömrələri ona bankın imza və möhürü ilə təsdiqlənmiş siyahıda təqdim olunur, Çeklər isə müştəriyə aid qovluğa yerləşdirilir, kassada, seyfdə saxlanılır. İl ərzində müştəri nömrələrini əldə etdiyi Çeklərin nominal dəyərini banka ödəməklə sonradan onları nağd pula çevirib kapitalını artıra və ya sadəcə, həmin nömrələrlə tirajlarda iştirak edib uduşlar qazana bilər.

Layihə aşağıdakı qaydada həyata keçirilir:

1) Müştəri, banka yaxınlaşaraq 10 ədəd “Muğanbank Çek” alır. Bank, əlavə 8 ədəd Çekin nömrələri qeyd olunan siyahı tərtib edir, möhürü və imzası ilə təsdiqləyərək müştəriyə təqdim edir.

2) Müştəri hədiyyə olunan Çeklərin nominal dəyərini ödəyə və ya ödəməyə bilər. Onların nominal dəyərini ödəməklə müştəri əlində olan Çeklərin sayını artırır. Qeyd edək ki, bir Çekin nominal dəyəri 50 manatdır.

Məs: Müştəri 500 AZN xərcləyib 10 ədəd “Muğanbank Çek” alır və ona 8 ədəd Çek nömrəsi hədiyyə olunur.  Müştəri ilə ərzində keçirilən tirajlarda 18 Çeklə iştirak edərək uduş şanslarını artırır. Beləliklə, Çeklərinin uduşa düşdüyü halda müştəri kapitalının əhəmiyyətli artımına nail olur.

Qeyd: Çeklərin yerləşdirilməsi zamanı emitent (bank) tərəfindən uduş tirajından sonra ilk 15 (on beş) gün ərzində çeklərin nominal dəyərindən 1 (bir) faiz, ikinci 15 (on beş) gün ərzində 2 (iki) faiz və üçüncü 15 (on beş) gün ərzində 3 (üç) faiz məbləğində komissiya tutulur. Çeklərin geri satınalınması nominal dəyərlə həyata keçirilir. Tirajlar ildə 8 dəfə hər 45 gündən bir keçirilir.

Hədiyyə verilən Çeklərin bankda saxlanılma səbəbləri:

-          Yanmamasını, itməməsini və ya oğurlanmamasını təmin etmək məqsədi ilə “Muğanbank Çeklər” müştəriyə ayrılan qovluqda, kassada, seyfdə saxlanılır . Lakin, müştəri il ərzində banka yaxınlaşıb, nominal dəyərini ödəyib Çeklərini götürə bilər.

Bir daha qeyd edək ki, nominal dəyəri ödənilən Çeklərlə müştəriyə hədiyyə olunan Çek nömrələri bank tərəfindən tam ədalətli keçirilən tirajlarda oynanılmaq üçün bərabər hüquqa malikdir.    

Daha çox “Muğanbank Çek” almaq - daha çox uduş şansı qazanmaq deməkdir!

Tiraj qaydaları:

Çeklər üzrə uduş tirajı bitdikdən sonra uduşa düşmüş Çeklərin siyahısı tirajın məsul katibi və Tiraj Komissiyasının üzvlərindən birinin, həmçinin Komissiyanın sədrinin iştirakı ilə ilkin yoxlanılır, sonra müvafiq mətbuat orqanında dərc edilmək üçün uduşa düşmüş Çek nömrələri İnformasiya Texnologiyaları Departamentinin işçilərinin köməyi vasitəsilə  sıra ardıcıllığı ilə düzülür və Tiraj Komissiyası tərəfindən yenidən yoxlanılır.

Müvafiq mətbuat orqanında uduşa düşmüş Çek nömrələri çap olunduqdan sonra yenidən tirajın məsul katibi və Tiraj Komissiyasının üzvlərindən biri tərəfindən siyahı yoxlanılır və Baş Bankın xəzinəsinə və filiallara təhvil verilir.

Əgər mətbuat orqanında dərc olunmuş nömrələrdə hər hansı bir texniki səhv aşkarlanarsa, dərhal redaksiyaya bu barədə məlumat verilir və qəzetin növbəti nəşrində səhv nömrənin düzgün variantı barədə “Bildiriş” çap olunur.

Birbaşa effekt rifahınıza müsbət töhfə verir!