Avtomobil krediti
«МuğanBank» fiziki şəxslərə avtomobilin ümumi məbləğinin 75% həcmində istehlak krediti təklif edir.
Kreditin şərtləri:
- Kredit alan yetkinlik yaşına çatmış, daimi gəliri olan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
- Kreditin müddəti: 18 - 24 ay
- İllik faiz dərəcəsi: 28%
- Kredit gələcək ödəniş qrafikinə əsasən hər ay bərabər hissələrlə ödənilir
- Alınan avtomobilin kredit müddəti üzrə sığortası vacib şərtdir
- Kreditlə alınmış avtomobil kreditin təminatı kimi sənədləşdirilir və Azərbaycan Respublikasının Dövlət Yol Polisində qeydiyyatdan keçir.
Kreditin alınması üçün prosedur:
- Kredit alan arzu etdiyi modeli seçmək üçün bankın əməkdaşlıq etdiyi avtosalona müraciət edir
- Kredit hesabına alınan maşının dəyərinin (Rusiya istehsalı olan maşınlar üçün) 25%, (xaricdə istehsal olunmuş maşınlar üçün) 30%-i borc alan tərəfindən avtosalonun kassasına ödənilir.
- Kredit alan bankın kredit departamentinə bütün zəruri sənədlərlə birgə müraciət edir
- Kredit alan Bank ilə müqavilə imzalayır
- Kredit alan Bakıda sığorta agentliyini nümayəndəsi ilə avtomobilin kasko sığortası barədə sığorta müqaviləsi imzalayır və onu ödəyir
Zəruri sənədlər:
Şəxsiyyət vəsiqəsi.
Avtomobillərin ixracına icazə verən nəqliyyat vasitəsinin vergi deklarasiyası, hesabı və ya qeydiyyat şəhadətnaməsi
Kreditin verilməsi üçün müraciətə baxılma müddəti:
Avtomobilin alınması üçün kreditin verilməsi üçün müraciətə baxılma müddəti (Banka bütün zəruri sənədlərin təqdim olunmasından sonra) bir bank günü təşkil edir.
AYİB XƏTTİ İLƏ (MİKRO LAYİHƏLƏR) MİKRO VƏ KİÇİK SAHİBKARLIĞIN/BİZNESİN KREDİTLƏŞDİRİLMƏSİ
«МuğanBank» Avropa yenidənqurma və İnkişaf Bankının mikro və kiçik sahibkarlığın / biznesin maliyyələşdirilməsi proqramının iştirakçısıdır. AYİB tərəfindən ayrılan vəsaitlər 2 aydan 24 aya qədər müddətə 10 000 ABŞ dolları məbləğinə qədər mikrokreditlər vasitəsilə mikro və kiçik sahibkarlığın / biznesin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Bu kredit xəttin çərçivəsində «МuğanBank» aşağıdakı şərtlərlə mikrokreditlər verir:
Maliyyələşdirilən layihələr:
- İnvestisiya layihələri;
- Xidmət sahəsinə aid layihələr;
- Əsas vəsaitlərin alınması;
- Dövriyyə vəsaitlərinin alınması;
Mikrokreditin məbləği
- 300 ABŞ dollarından 10 000 ABŞ dollarına qədər.
Mikrokreditin müddəti
- Dövriyyə vəsaitlərinin alınması üçün 2 aydan 12 aya qədər;
- İnvestisiya layihələri üçün 2 aydan 24 aya qədər.
Güzəşt müddəti
- güzəşt müddətini maksimal müddəti 3 aydır.
Faiz dərəcəsi
- İllik 22% - dən 36 % - ə qədər.
- Mikrokredit üzrə əsas borc və faizlərin ödənməsi sxemi
- Hər ay bərabər hissələrlə (annuitet) ödənilir.
Kreditin girov təminatı
- Daşınmaz əmlak;
- Daşınar əmlak (məs, avtonəqliyyat, avadanlıq);
- Şəxsi əmlakın girov qoyulması;
- Anbarlardakı mallar;
- Depozitlər;
- Üçüncü şəxslərin zəmanəti;
- Qiymətli metallar və zərgərlik əşyaları
1. Girovun forma və şərtləri hər bir hal üçün ayrıca olaraq müəyyənləşdirilir.
2. Girov təminatı bütün kredit müddəti üçün sığortalanmalıdır.
Benefisiarlara əsas tələblər
Benefisiarlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən, habelə aşağıdakı meyarlara cavab verən mikro və kiçik müəssisələr, şirkətlər, firmalar, özəl sahibkarlar (fiziki şəxslər) ola bilər:
- Mikrokredit alan benefisiarın işçi heyəti tam ştat işləyən işçilərə də daxil olmaqla 55 nəfərdən çox olmamalıdır; Benefisiar Azərbaycan Respublikasının vətəndaşlarının idarəetməsində olmalıdır. Benefisiar əcnəbi vətəndaşın (və ya xarici şirkətin) qismən idarəetməsindədirsə və bu şəxslər və ya şirkət kapitala investisiya qoyursa və yaxud regionda texniki və ya idarəetmə dəstəyi həyata keçirirsə, benefisiar yalnız o halda bu mikrokreditəşmə proqramı çərçivəsində maliyyələşdirilə bilər ki, xarici kapital ümumi kapitalın 49%-dən çoxunu təşkil etməsin və əcnəbi səhmdar benefisiarın gündəlik fəaliyyətində bilavasitə iştirak etməsin, habelə əsas səhmdarın nəzarətinə uyğun nəzarət həyata keçirməsin;
- Benefisiar əsasən özəl şəxslərin mənsub olmalı və onları nəzarəti altında olmalıdır. Dövlət mülkiyyətinin payı nizamnamə kapitalında 49%-dən çox olmamalı və dövlət sahibkarı gündəlik idarəetməyə bilavasitə və ya dolayısı ilə cəlb olunmamalı, habelə benefisiarın fəaliyyətinin idarə olunmasında həlledici səsə malik olmamalıdır;
- Yeni başlayan biznesdə benefisiar layihənin maliyyələşməsi üçün tələb olunan məbləğin minimum 30% başlanğıc kapitalına pul və ya digər formada malik olmalıdır.
Kreditin verilməsi məqsədilə müraciətə baxılmaq üçün potensial girovçuya aşağıdakılar lazımdır:
564 20 35, 564 20 37 telefonlar vasitəsilə bankın kredit Departamenti ilə əlaqə saxlamaq və əlavə məlumat almaq və yaxud kredit mütəxəssislərimiz ilə ilkin danışıqlar üçün (Bakı şəh, Ə. Rəcəbli 21 B) Bankın baş ofisinə gəlmək.
Kredit müraciətinə baxılması üçün zəruri sənədlər:
Hüquqi şəxs təhsili olmayan sahibkarlıqla məşğul olan şəxslər:
- VÖEN surəti;
- Fiziki şəxs - sahibkarın notarial qaydada təsdiqlənmiş qeydiyyat şəhadətnaməsi;
- Azərbaycan Respublikası Statistika Komitəsinin şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti;
- Mövcud lisenziyaların notarial qaydada təsdiqlənmiş surətləri;
- Son 12 ay üçün bütün bank hesablarından çıxarışlar;
- Sahibkarlıq məqsədilə istifadə olunan bina və torpaq sahələrinin kirayəsi və onlardan pulsuz istifadə barədə müqavilənin surətləri;
- Mikrokredit üçün qoyulan girov üzrə mülkiyyət hüquq şəhadətnaməsi;
- Məqsədlər barədə məktub və ya kredit məhsulu və ya avadanlığı hesabına maliyyələşmə barədə müqavilə (surəti);
- Bütün tələbat və öhdəliklərin siyahısı;
- Öhdəliklərin yerinə yetirilməsini təsdiq edən əvvəlki kredit müqavilə (varsa) və sənədləri;
- müddətin uzadılması və onlarla əlaqədar girov müqavilə əlavələri də daxil olmaqla mövcud kredit müqavilələri;
- Son 24 ay üçün vergi bəyannaməsi və ya təsdiq olunmuş illik vergi hesabatları.
AYİB KREDİT XƏTTİ (KİÇİK MİQYASLI LAYİHƏLƏR) ÜZRƏ KİÇİK BİZNESİN KREDİTLƏŞMƏSİ
«МuğanBank» Avropa yenidənqurma və İnkişaf Bankının kiçik sahibkarlığın / biznesin maliyyələşdirilməsi proqramının iştirakçısıdır. Ayrılan vəsaitlər 2 aydan 24 aya qədər müddətə 50 000 ABŞ dolları məbləğinə qədər kreditlər vasitəsilə kiçik sahibkarlığın / biznesin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Bu kredit xəttin çərçivəsində «МuğanBank» aşağıdakı şərtlərlə mikrokreditlər verir:
Maliyyələşdirilən layihələr:
- İnvestisiya layihələri;
- Xidmət sahəsinə aid layihələr;
- Əsas vəsaitlərin alınması;
- Dövriyyə vəsaitlərinin alınması;
Mikrokreditin məbləği
- 10 000 ABŞ dollarından 100 000 ABŞ dollarına qədər
Mikrokreditin müddəti
- Dövriyyə vəsaitlərinin alınması üçün 12 aydan çox olmamaq şərtilə
- Əsas vəsaitlər üçün 24 aya qədər.
- Əsas vəsaitlərin təkrar kreditləşməsi üçün 36 aya qədər.
Güzəşt müddəti
- güzəşt müddətini maksimal müddəti 3 aydır.
AYİB və ya proqramın əlaqələndiricisi tərəfindən təsdiq olunduqda istisnalar mümkündür.
Faiz dərəcəsi
- Bankın daxili prosedurlarına əsasən təyin edilir
- Kiçik kredit üzrə əsas borc və faizlərin ödənməsi sxemi
- Hər ay bərabər hissələrlə (annuitet) ödənilir.
Müstəsna hallarda fərdi müraciətin quruluşundan asılı olaraq Kredit Komitəsi kredit məsləhətçisi ilə birgə fərdi ödəniş planı təqdim edə bilərlər.
Kiçik kreditin girov təminatı
- Zəmanət şəklində kiçik kreditlərə tətbiq olunan hər cür girovlar qəbul olunur
- Hər bir kiçik kredit üzrə ödənişin tipi və həcmi Bankın Kredit Komitəsi tərəfindən müəyyən olunacaq.
Benefisiarlara əsas tələblər
- Benefisiarlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
- Dövlət və xarici mülkiyyətinin payı nizamnamə kapitalında 49%-dən çox olmamalıdır
- Yeni başlayan biznesdə benefisiar layihənin maliyyələşməsi üçün tələb olunan məbləğin minimum 30% başlanğıc kapitalına pul və ya digər formada malik olmalıdır
- Mikrokredit alan benefisiarın rəhbərlik də daxil olmaqla 100 nəfərdən çox olmamalıdır, (əmək tələb edən sahələrdə texniki məsləhətçinin razılığı ilə daha çox olmasına icazə verilir).
- Ticarət subyektləri üçün aktivlərin həcmi 600 000 ABŞ dollarından çox olmamalıdır
- İstehsal və xidmət subyektləri üçün aktivlərin həcmi 1 500 000 ABŞ dollarından çox olmamalıdır
Borc alan dövriyyə və əsas vəsaitlər üçün eyni vaxtda 2 kredit ala bilər. Kredit bir neçə tranş ilə verilə bilər.
Kredit müraciətinə baxılması üçün borc alan:
- ilkin danışıqların aparılması üçün Bankın Kredit Departamenti ilə əlaqə saxlamalıdır
- kreditin verilməsi üçün müraciət ərizəsi yazmalıdır
- kreditin verilməsi üçün zəruri sənədləri hazırlamalıdır
- kredit müraciətinə baxılmaq üçün Bank tərəfindən tələb olunan bütün zəruri məlumat və sənədləri təqdim etməlidir
Kredit müraciətinə baxılması üçün zəruri sənədlər:
- Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək barədə şəhadətnamə (sahibkar – fiziki şəxslər üçün tələb olunmur)
- Vergi Nazirliyində qeydiyyatdan keçmək barədə şəhadətnamə
- Rəhbər (və ya sahibkarın) şəxsiyyət vəsiqəsi
- Nizamnamə və Təsis müqaviləsinin surətləri (sahibkar üçün tələb olunmur)
- son 1-2 il üçün maliyyə hesabatları (müəssisənin fəaliyyət göstəriciləri)
- girov qoyulan əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər
- əlavə sənədlər
- hüquqi şəxs bankın müştərisi deyilsə, dövlət qeydiyyatı barədə sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır. Lazım gəldikdə kredit inspektoru borcalandan əlavə məlumat istəyə bilər.
SYDF XƏTTİ İLƏ TƏQDİM OLUNAN KREDİTLƏR
Sahibkarlığa Yardım Dövlət Fondunun (SYDF) kreditləşmə proqramı çərçivəsində «МuğanBank» ASC sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün Sizə sərfəli şərtlərlə kredit təklif edir.
SYDF və «МuğanBank»ın birgə fəaliyyəti barədə məlumat
2003 – cü ildən başlayaraq «МuğanBanк» ASC SYDF tərəfindən sahibkarlığın inkişaf üçün kreditlərin verilməsi səlahiyyəti verilən banklardan biri kimi seçilmişdir. O vaxtdan başlayaraq «МuğanBanк» ASC və SYDF birgə fəaliyyəti nəticəsində sahibkarlığın inkişafı regionların sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır.
Kredit hansı məqsədlərlə verilir?
- ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq məqsədyönlü proqram çərçivəsində özəl sektora dəstəklənməsi;
- idxal olunan məhsulları əvəz edən məhsulların istehsalı;
- ixrac olunan məhsulların istehsalı;
- yeniliyə əsaslanan layihələr;
- qədim və milli incəsənətin inkişafı;
- xammal və dövriyyə vəsaitlərinin alınması;
- turizm infrastrukturunun inkişafı.
- Media
Krediti kim ala bilər?
SYDF hədəf qrupuna daxil edilmək üçün sahibkarlar aşağıdakı meyarlara uyğun gəlməlidir:
- sahibkarlıqla məşğul olan subyektlərin maliyyə vəziyyəti və təsərrüfat fəaliyyəti qənaətbəxş olmalıdır;
- sahibkar sahibkarlıqla məşğul olan hüquqi və ya fiziki şəxs olmalıdır;
- krediti alan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- müəssisə özəl mülkiyyətdə olmalıdır;
- proqram layihəsində iş yerlərinin sayının artırılması nəzərdə tutulmalıdır;
- sahibkarlar qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamalıdırlar.
Kreditlərin limitləri
- 10 000 manatdan - 50 000 manatadək – Kiçik həcmli kreditlər
- 50 000 manatdan 250 000 manatadək – Orta həcmli kreditlər
- 250 000 manatdan 1 000 000 manatadək – Böyük həcmli kreditlər
- 1 000 000 manatdan 5 000 000 manatadək – İri həcmli kreditlər
Faiz dərəcələri
Kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 4%-i həcmində
Digər məqsədlər üçün verilən kredit məbləğinin 6%-i həcmində
Ödəniş şərtləri
Kreditlərin istifadə müddətlərinin ilk 2/3 dövrünə güzəşt müddəti təyin edilir.
Güzəşt müddətində Borcalan yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə ödəniş həyata keçrilmir.
Faiz borcları rüblük ödənilir.
Müddətlər
- kicik hecmli - 2 ilə qədər
- Orta kredit - 3 ilə qədər
- Böyük kredit - 5 ilə qədər
- iri hecmli - 7 ilə qədər

Fərdi bankçılıq
Facebook






