azenru
Əsas səhifə / Tarix
Valyuta məzənnəsi
üçüncü gün, 08 sentyabr 2010
Alış Satış AMB
USD 0.802 0.806 0.8038
EUR 1 1.04 1.0203
RUR 0.0254 0.265 0.0260
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку

«MuğanBank» ASC 1992-ci ildə yaradılmışdır. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 18 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, servis və xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır. «MuğanBank»ASC Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılarından biridir.

Bankın missiyası

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla, yüksək keyfiyyətli xidmət göstərmək üçün motivasiya olunan peşəkar komanda yaratmaq və nəticədə bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Bankın şüarı

Hər bir fərdi müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək, korporativ müştərilər üçün nüfuzlu simaya malik olmaq, dövlətə dayaq və dəstək vermək, beynəlxalaq səviyyədə tanınmaqdır.

Bankın strategiyası

«MuğanBank»ı ASC, özünün maliyyə institutları ilə birlikdə müştərilərinə bütün növ maliyyə xidmətlərinin yüksək səviyyədə keçirən xarici investisiyalı maliyyə holdinqinə çevirmək.

Bu gün tam məsuliyyətlə bildirmək olar ki, həyata keçirilmiş məqsədyönlü strateji və taktiki planlar nəticəsində «MuğanBank»ASC Azərbaycanda və bir çox xarici ölkələrdə tanınan banklardan biri olmuşdur.

«MuğanBank»ASC 5000 hüquqi və 22000 fiziki şəxslərə aşağıdakı bank xidmətlərini göstərir:
  • əhalidən əmanətin qəbulu;
  • depozit seyflərinin icarəsi;
  • plastik kartlarla əməliyyatlar;
  • hər növ valyuta əməliyyatları;
  • dünyanın istənilən ölkəsinə valyuta köçürmələri;
  • kreditlərin verilməsi (istehlak, avto, ipoteka, biznesin genişləndirilməsi, inşaat, təhsil, ticarət, kənd təsərrüfatı və s.)

 

Bank respublikada keçirilən investisiya layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir. Bankın əsas xarici müxbir bankları kimi «Commerzbank» (Almaniya), «Raiffeisen Zentralbank Ag» (Avstriya), «Parex Bank» (Latviya), «Alfa Bank» (Rusiya), «Bank Turanalem» (Qazaxıstan), «Credit Dnepr Bank» (Ukrayna) çıxış edir.

Bank Azərbaycan Banklar Assosasiyasının, Bakı Banklararası Valyuta Birjasının üzvüdür.

Güclü kadrlar

Bankın əməkdaşlarının operativliyi və professionallığı banka müraciət edən müştərilərin düzgün məlumatlandırılmasına, yüksək xidmət göstərilməsinə şərait yaradır ki, bu da öz növbəsində bankımızda xidmət olunmaq istəyən müştərilərin sayının günbəgün artmasına səbəb olur.

Sərhəd tanımayan Bank

«MuğanBank»ASCİqtiadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil bank seçilmişdir. "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə qaydalarına" müvafiq olaraq Fondun vəsaitlərinin səmərəli istifadəsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Milli Bankın nümayəndələrindən ibarət Müşahidə Komissiyasının 30 sentyabr 2002-ci il tarixli 02 saylı qərarı ilə «MuğanBank» müvəkkil bank seçilmişdir.

Təsisçilərin ümumi yığıncaqlarında bankın strategiyası müzakirə olunarkən Bakıda və Respublikanın müxtəlif regionlarında bank əməliyyatlarının bütün növləri üzrə əhaliyə, eləcə də sahibkarlıq subyektlərinə xidmət göstərilməsi vacib amillərdən biri kimi qəbul edilmişdir.

Bank tərəfindən Respublikanın müxtəlif regionlarında sahibkarlıq subyektlərinə həm bankın öz vəsaitləri, həm də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kreditləşmənin aparılmasını məqbul sayılmışdır.

«MuğanBank»ASC kiçik və orta sahibkarlığın inkişafına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsaitlərin banklar vasitəsilə yerləşdirilməsi istiqamətində fəaliyyəti uğurla davam etdirməkdədir.

«MuğanBank»ASC maliyyə təsərrüfat fəaliyyətinin auditi beynəlxalq standartlara uyğun aparılır. «Bank Deloitte & Touche» MMC beynəlxalq audit şirkəti ilə əməkdaşlıq edir və 2002–2008-ci illərin maliyyə təsərrüfat fəaliyyətinin auditi məhz bu şirkət tərəfindən həyata keçirilmişdir.

Bank müxtəlif yerli və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını uğurla davam etdirir. Bank kiçik və orta sahibkarlığın kreditləşməsini AYİB ilə də aparır.

Bankın plastik kart bazarındakı mövqeyinin möhkənlənməsi VISA və MasterCard kimi beynəlxalq ödəniş sistemləri ilə qurulmuş əlaqələrin nəticəsidir.

«MuğanBank»ASC iri müəssisələrlə biznes və layihə maliyyələşdirilməsi sahəsindəki qarşılıqlı faydalı əməkdaşlığını, həmçinin qarşılıqlı faydalı layihələrin birgə həyata keçirilməsi sahəsində Rusiya bankları, iri miqyaslı xarici banklar və investisya fondları ilə əlaqələrini genişləndirməyi planlaşdırır.

27 Noyabr 2006-cı il tarixində «MuğanBank»ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 1 milyon ABŞ dolları məbləğində birinci kredit xətləri, 27 Noyabr 2007- ci il tarixində isə «MuğanBank»ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 4 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində ikinci kredit xətləri açılmışdır.

Bank həmçinin Beynəlxəlq Maliyyə Korporasiyasının korporativ idarəetmə standartlarının tətbiq edilməsi üzrə pilot proqramına seçilmişdir.

Bankın qısa Strateji Baxışı (Vision)

Muğanbankın əsasən əhali, kiçik və orta müəssisələrə fokus edən Respublikanın regional mərkəzlərində yerləşən filial şəbəkəsi olan retailyönümlü universal bank kimi fəaliyyətini davam etdirməklə bazar mövqeyini getdikcə gücləndirmək

Qısa missiya bəyannaməsi

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla və peşəkar komanda ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə, bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Bankın səhmdarları 2009-2011-ci illəri əhatə edən strateji dövr üzrə Menecment qarşısında aşağıdakı strateji hədəfləri qoyur:

2009-2011-cı illər üzrə Əsas Strateji Hədəflər

  1. Korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsini davam etdirmək
  2. İnsan resurslarının idarəedilməsi sistemlərinin təkmilləşdirilməsini davam etdirmək
  3. Marketinq və satış işini təkmilləşdirmək
  4. Məlumat texnologiyaları və məlumat axınlarını təkmilləşdirmək
  5. Maliyyə menecmenti işinin təkmilləşdirilməsini davam etdirmək
  6. Bankın Beynəlxalq Əlaqələrini daha da inkişaf etdirmək
  7. Banka xarici investor cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək
  8. Bankın başqa banklarla birləşməsi istiqamətində real fəaliyyət göstərməyə başlamaq

Bankın Biznes Fəlsəfəsi

Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:

  • Etibarlılıq
  • Təhlükəsizlik
  • Düzlük
  • Şəffaflıq
  • Yüksək keyfiyyətli xidmət
  • Müştəri ilə tərəfdaşlıq
  • Bankın səhmlərinin gəlirliliyi
  • Azərbaycan iqtisadiyyatına xidmət
  • Ölkə qanunlarına riayət və hörmət

Missiya bəyannaməsi

Bankın səhmdarları həm mövcud, həm də potensial səhmdarlara, həm komanda üzvlərinə, həm də biznes tərəfdaşları olan müştərilərinə aşağıdakı çağırışları edir:

İnvestor üçün – aşağı risklə stabil artan dividend, investisiyanın dəyərinin artımı, maraqlarının ən yüksək dərəcədə qorunmasını təmin etmək.

İşçi üçün – səlahiyyət, iş şəraiti, motivasiya, işçini inkişaf etdirən bir banka çevrilmək.

Biznes tərəfdaşı üçün – etibarlı bankda hər müştəriyə fərdi yanaşma və fərdi xidmət.

Qısa missiya bəyannaməsi

Bankın maraqlı tərəflərinə çağırışlarını qısa olaraq aşağıdakı kimi bəyan olunur:

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla və peşəkar komanda ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə, bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Bank haqqında