39 –cu gedişdə 25 min Manatın sahibi müəyyənləşdi!
Şəffaf lototronlar bərq vuraraq firlanır. Lototronların yanında dayanmış gözəl qızlar onlardan uduşlu istiqraz nömrələri olan patronları çıxarırlar. Mənzərə çox maraqlı və cəlbedicidir. Axı maksimum uduş məbləği 25.000 Manatdır - cəmi bir ədəd əsas və ən böyük uduş məbləği! 10.000 Manatlıq uduş isə 2 ədəddir. 5000 Manatlıq uduşların sayı 5, 2500 Mantlıq uduşların sayı isə 10 ədəd təşkil edir. 33 “xoşbəxt” istiqraz isə 1000 Manat qazana bilər. 500 Manatlıq uduşların sayı 56, 250 Manatlıq uduşların sayı 98, 100 Manatlıq uduşların sayı isə 195 ədəddir. Razılaşın ki, bu uduşlar kifayət qədər böyük məbləğlərdir.
Bütün tiraj online rejimdə - Bankın www.muganbank.az saytı vasitəsilə canlı yayımlanırd
Məbləğin böyük olub-olmamasından asılı olmayaraq udmaq və ailə büdcənizi artırmaq şansı qazanmaq üçün isə “Muğanbank” ASC tərəfindən buraxılmış, nominalı 50 Manat olan istiqrazlar almaq lazımdır (tel: 933).
İstiqrazların artıq altıncı tirajıdır.
“Muğanbank” ASC-nin öhdəliklərinə əsasən 10 il müddətində, hər 45 gündən bir, 80 tiraj keçiriləcəkdir. İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat veriləcəkdir və onların hər bir oyunda iştirak etmək hüququ vardır. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir və illik 2% gəlirlilik təmin edir. İstiqrazların udmadığı təqdirdə, sahibləri onları banka qaytararaq nominalı üzrə bütün məbləği üstəgəl göstərilən illik faizi ala bilər. İstiqrazlar hər zaman real pullar deməkdir.

Fərdi bankçılıq
Facebook






