azenru
Valyuta məzənnəsi
birinci gün, 06 sentyabr 2010
Alış Satış AMB
USD 0.802 0.805 0.803
EUR 1.02 1.06 1.036
RUR 0.0257 0.0258 0.0263
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку

  Ötən ilə nəzər saldıqda görürük ki, dünya bazarlarını bürümüş maliyyə böhranı və iş fəallığının aşağı düşməsinə baxmayaraq “MuğanBank” ASC-nin 2008-ci il üçün maliyyə göstəriciləri uğurlu olmuşdur. Bunu bankın aktivlərinin 25% artımı təsdiq edir. 2008-ci ilin əvvələrində bankın ümumi kapitalı 13,7 milyon manat, sonunda isə 14, 9 milyon manat təşkil etmişdir. Bundan əvvəl bankın nizamnamə kapitalı 12 milyon təşkil etmişdir, lakin emissiya ödənişlərinin başa çatdırılması ilə əlaqədar hal-hazırda bu rəqəm 13 milyon manata çatdırılmışdır. 

   Keçən il ərzində bankın kredit portfeli 34,7% artaraq 49 milyondan 66 milyona çatdırılmışdır. Bankın hal-hazırda əsas istiqamətlərindən olan və özündə fiziki şəxslərin bank sektoruna  olan inamını əks etdirən depozit portfeli keçən ilin əvvələrində 24 milyon manat təşkil etdiyi halda ilin sonunda 40 milyon manata çatmışdır. Nəticədə bankın müştəri depozitləri portfelinin 66,7% artımı təmin olunmuşdur.

   2008-ci ilin yekunlarına görə bankın gəlirləri 8,9 milyondan manatdan 14,3 milyon manata qədər artmışdır. Bu artım 60,67%-dən çoxdur. Bankın xalis gəlirləri, xərclərin artması ilə əlaqədar olaraq, əvvəlki səviyyədə qalaraq, 2007- ci ildə olduğu kimi eynilə 1, 2 milyon manat təşkil etmişdir.  Səhmdarların qərarı ilə gəlirlər tamamilə bankın inkişafına yönəldilmişdir. Lakin sevindirici haldır ki, gəlir gətirən aktivlərin ümumi aktivlərə olan nisbəti , 2007- ci illə müqayisədə 5,3% artmışdır. Əgər 2007-ci ilin sonunda gəlir gətirən aktivlərin bankın ümumi aktivlərinə olan nisbəti 70,3 % təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 75,6%-ə çatmışdır.

   Qeyd etməliyik ki, “MuğanBank” ASC 2008-ci ili nəinki uğurlu maliyyə göstəriciləri ilə başa vurmuşdur, həmçinin aşağıdakılar da daxil olmaqla strateji əhəmiyyətli layihələr üzrə mühüm işlər görmüşdür:

 
  1. Bankın Müşahidə Şurasının 9 sentyabr 2008-ci il tarixli qərarı ilə Britaniyada magistr təhsili almış, MBA dərəcəsinə və bank sektorunda zəngin iş təcrübəsinə malik Elmir Həsənov “MuğanBank” ASC-nin İdarə Heyətinin yeni sədri təyin olunmuşdur.
  2. Bankın əsas inkişaf hədəflərindən biri kimi filial şəbəkəsi genişləndirilmiş və 2008-ci ildə 6 yeni filial açılmışdır.
  3. 2008-ci ilin sentyabr ayında “MuğanBank” ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən AYİB tərəfindən Banka kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə 5 milyon dollar məbləğində növbəti kredit xətti ayrılmışdır.
  4. Plastik kartların sayı “Visa İnternational”-ın köməyi sayəsində 3 mindən 5 minədək artırılmışdır.  Keçən ilin sonunda bank “MasterCard”ın tərəfdaş üzvünə çevrilmişdir. Keçən il həmçinin bankomatların sayı 21-dən 25-ə qədər artırılmışdır.
  5. Bank göstərdiyi ximətlərin kefiyyətini artırmaq məqsədilə keçən il ərzində yeni təcili pul köçürmələri sistemlərinə qoşulmuşdur.
  6. MuğanBankın 2008-ci ildəki nailiyyətlərindən biri də milli ornament və koloritlərə söykənən yeni korporativ stilə keçməsi olmuşdur.
  7. Depozitlər üzrə yeni, daha cəlb edici şərtlər təklif olunmuşdur.
 Bank həmin templərlə davamlı inkişaf yolunu tutmuşdur.

Bank haqqında