Əsas sayta qayıtmaq
Oyunun şərtləri

ADSIZ İSTİQRAZLARIN ALINMASI

1.
“Muğanbank” ASC tərəfindən emissiya olunmuş, Azərbaycan Respublikası Qiymətli Kağızlar uzrə Dövlət Komitəsi tərəfindən 14 avqust 2009-cu il tarixdə AZ 200200546, 15 aprel 2010-cu il tarixdə AZ 200300546, 30 sentyabr 2010-cu il tarixdə AZ 200400546 saylı Dövlət qeydiyyat nömrələri ilə təsdiq olunmuş nominalı 50(əlli) manat olan sənədli, adsız, faizli istiqrazların alınması.
2.
2.1 İstiqraz Emitent tərəfindən 10(on) illik müddətə emissiya olunmuşdur və illik 2(iki) faiz gəlirlilik təmin edir.
2.2 İstiqrazların yerləşdirilməsi İstiqrazların nominal dəyəri ilə həyata keçirilir. İstiqrazların yerləşdirilməsi zamanı istiqrazların nominal dəyərindən emitent tərəfindən ilk 15 gündə 0,5 AZN, ikinci 15 gündə 1 AZN və üçüncü 15 gündə 1,5 AZN məbləğində komissiya tutulur. İstiqrazların geri satın alınması nominal dəyərlə həyata keçirilir.
2.3 Ayrılıqda hər bir İstiqrazın seriya nömrəsi, Emitent tərəfindən hər 45(qırx beş) gündən bir təşkil olunan stimullaşdırıcı lotereyada istirak edir və aşağıdakı cədvəldə təqdim olunan uduşlara sahib olmaq imkanı verir:

  Oynanılır
Bir istiqraz vərəqəsinə (nominal dəyəri daxil olmaqla) düşən uduşun məbləği) (manatla) Bir tirajda
Uduşların sayı
Uduşların məbləği (manatla)
 50,000.00 
1
 50,000.00 
 10,000.00 
2
 20,000.00 
 5,000.00 
6
 30,000.00 
 2,500.00 
18
 45,000.00 
 1,000.00 
50
 50,000.00 
 500.00 
201
 100,500.00 
 250.00 
632
 158,000.00 
 100.00 
1090
 109,000.00 
CƏMİ
2000
 562,500.00 

3. İstiqraza hesablanmış faizlərin ödənilməsi və istiqrazın geri alınması
3.1 İstiqrazlar üzrə faizlər manatla, nağd qaydada ödənilir. Faiz ödənişinin rəsmiləşdirilməsi istiqrazın arxasında yerləşən və istiqrazın tərkib hissəsi olan ödəniş kuponları vasitasilə odəmə müddətlərinə uyğun olaraq həyata keçirilir.
3.2 Faizlərin ödənişi İstiqrazın arxa tərəfində müvafiq ödəniş kuponunda “Ödənilib” ştampı ilə təsdiqlənir, xəzinədar və əməliyyatçı tərəfindən imzalanır.
3.3 İstiqrazlar üzrə faizlərin ödənilməsi tarixi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək. Belə yubanmaya görə faizlər və ya digər müavinatlar ödənilmir.
3.4 İstiqrazlar üzrə faizlər istiqrazın yerləşdirilməsi tarixindən hər 365 təqvim gününün bitdiyi tarixə İstiqrazın nominal dəyərindən hesablanaraq ödənilir.
3.5 İstiqrazın nominal dəyərinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən istiqrazın “Emitent”ə qaytarılmasından və ya başqa əsaslarla “Emitent”in hesabından silinməsindən əvvəlki günədək hesablanır.
3.6 İstiqrazların nominal dəyəri İstiqrazların ödənilmə tarixində manatla, nağd və ya köçürmə yolu ilə ödəniləcək. İstiqrazların ödənilmə müddətinin başlanma tarixi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək. Belə yubanmaya görə faizlər və ya digər müavinatlar ödənilmir.
3.7 İstiqrazların ödənilmə müddəti İstiqrazların yerləşdirilməsinin başlanma tarixindən 3650 təqvim günü keçdikdən sonra həmin tarixə təsadüf edən gündən başlayaraq 730(yeddi yüz otuz) gün ərzində başa çatacaq.
3.8 Emitent tərəfində istiqrazların vaxtından əvvəl ödənilməsi tələbi ilə geri çağırılan zaman istiqraz sahibləri istiqrazların yerləşdirilməsinin başlanma tarixindən etibarən istiqrazlar üzrə hesablanmış, lakin ödənilməmiş faizlərin ödənilməsi ilə birlikdə İstiqrazların nominal dəyərinin ödənilməsini, 10 (on) gün qabaqcadan Emitentə yazılı müraciət etməklə tələb edə bilər. Bu halda, Emitent həmin tarixə istiqrazlar üzrə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə İstiqrazların nominal dəyərinin ödənilməsini həyata keçirir.
3.9 Emitent İstiqrazların yerləşdirilməsinin başlanma tarixindən 365 (üç yüz altmış beş) təqvim günü bitdikdən sonra İstiqrazları geri çağırmaq hüququna malikdir. Bu halda, Emitent İstiqrazların geri çağırılma tarixinə azı 60 (altmış) gün qalmış, lakin 90 (doxsan) gündən tez olmayaraq İstiqrazların geri çağırılması haqqında məlumatı İnternet şəbəkəsində olan rəsmi səhifəsində (www.muganbank.az) dərc etməlidir.
3.10 İstiqraz alındığı gündən etibarən bir il keçməmiş, faizlərin ödəniş tarixindən tez emitentə qaytarılarsa istiqraz sahibinə istiqrazın yalnız nominalı qaytarılır və istiqraza hesablanmış faizlər faizlərin ödəniş tarixində ödənilir.

4. Stimullaşdırıcı lotereyanın keçirilməsi və uduşların ödənilməsi
4.1 İstiqrazlar dövriyyədə olduğu müddətdə istiqraz sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər verilir (2.4.1 saylı bənddə göstərilən cədvələ əsasən).
4.2 Tirajın keçirilməsi barədə (ünvan, tarix və saat göstərilməklə) lotereya təşkilatçısı tiraja azı 3 (üç) iş günü qalmış mətbuat orqanında və internet şəbəkəsində olan rəsmi səhifəsində (www.muganbank.az) məlumat yerləşdirir.
4.3 Uduş tirajlarının keçirilməsi üçün uduşların məbləğləri və istiqrazların seriya nömrəsi əks olunmuş lotolar qarışdırılması üçün 4 ədəd lototrondan istifadə olunur.
4.4 Uduş tirajının rəsmi cədvəlinin dərc edildiyi mətbuat orqanı emitent tərəfindən müəyyən edilir. Həmin mətbuat orqanı tərəfindən dərc edilmiş müvafiq cədvəl digər nəşrlərdən fərqli olaraq lotereya təşkilatçısı üçün rəsmi istinad mənbəyidir.
4.5 Uduşa düşən istiqrazın nominal dəyəri 2.4.1 bənddəki cədvəldə göstərilən uduş məbləğinə daxildir.
4.6 Uduşa düşən istiqraz Emitent tərəfindən geri alınaraq ləqv olunur və İstiqraz sahibinə yalnız həmin tarixə istiqrazın nominalına hesablanmış faizlər və uduş məbləği ödənilir.

5. Тərəflərin hüquq və vəzifələri
5.1 İstiqraz sahibinin hüquq və vəzifələri
5.1.1 İstiqrazların yerləşdirilməsinin başlanma tarixindən etibarən nəzərdə tutulmuş qaydada İstiqrazın nominal dəyərindən hesablanmış faizləri almaq.
5.1.2 İstiqraz sahibləri, onların tədavül dövrü ərzində sərbəst sürətdə emitentə qaytarmaq, emitentdən hesablanmış faizləri almaq hüququna malikdirlər.
5.1.3 İstiqrazı uduşa düşən İstiqraz sahibinin tiraj cədvəli dərc olunduqdan sonra uduşları və uduş tirajı keçirilən günə qədər istiqrazın nominalına hesablanmış faizləri almaq.
5.1.4 Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək.
5.1.5 İstiqrazlar adsız qiymətli kağız olduğundan istiqrazın digər şəxslərə bağışlanması, hədiyyə verilməsi mümkündür.
5.1.6 İstiqrazlar adsız qiymətli kağız olduğundan itirilmiş vəya oğurlanmış istiqrazlara İstiqraz sahibi cavabdehlik daşıyır.
5.1.7 İstiqrazlar adsız qiymətli kağız olduğundan istiqrazların yerləşdirilməsi zamanı istiqrazların alıcıları, Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə uyğun olaraq məhsuliyyət daşıyır.
5.1.8 Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlara.
5.2 Emitentin hüquq və vəzifələri
5.2.1 Emitent İstiqraz sahiblərinin İstiqrazlarla təsbit olunan hüquqlarının icrasını təmin etmək öhdəliyini daşıyır.
5.2.2 Emitent tərəfində istiqrazların vaxtından əvvəl ödənilməsi tələbi ilə geri çağıra bilər.
5.2.3 İstiqrazların geri çağırılma tarixinə azı 60 (altmış) gün qalmış, lakin 90 (doxsan) gündən tez olmayaraq İstiqrazların geri çağırılması haqqında məlumatı İnternet şəbəkəsində olan rəsmi səhifəsində (www.muganbank.az) dərc etməlidir.
5.2.4 Emitent İstiqrazların yerləşdirilməsinin başlanma tarixindən 365 (üç yüz altmış beş) təqvim günü bitdikdən sonra İstiqrazları geri çağırmaq hüququna malikdir (3.9 saylı bənd).
5.2.5 İstiqrazlar adsız qiymətli kağız olduğundan onların reyestri aparılmır.
5.2.6 İstiqrazlar adsız qiymətli kağız olduğundan uduşa düşən və ya uduşsuz istiqraz İstiqraz sahibi deyil digər şəxslər tərəfindən, ödənilmək tələbi ilə Emitentə geri qaytarılan zaman bu müqavilənin şərtlərinə əsasən uduş (uduşlu istiqraz olduqda), və nominala hesablanmış faizlər həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin rekvizitlərini müəyyən hesabat formalarında qeyd etməklə ödənilir (5.1.5 saylı bənd).
5.2.7 Uduşa düşmüş istiqrazlar lotereya təşkilatçısının icazəsi ilə mətbuat orqanlarında dərc edilən və yaxud xüsusi sifariş ilə buraxılmış rəsmi tiraj cədvəlləri əsasında ödənilir. İcazəsi olmayan mətbuat orqanlarında dərc olunan tiraj cədvəlləri əsasında uduşların ödənişi aparılmır (4.4 saylı bənd).
5.2.8 Emitent uduşların verilməsinə, rəsmi uduş cədvəlinin dərc olunduğu mətbuat orqanının növbəti nömrəsi çıxdıqdan sonra başlayır. Əvvəlki nömrədə cədvəl üzrə səhvlər olarsa, düzəliş dərc olunmalıdır. Uduş cədvəllərinin Emitent-lotereya təşkilatçısının baş ofisi və filialları tərəfindən istiqrazları alan şəxslərə müraciət olunduqda təqdim edilməsi təmin edilməlidir.
5.2.9 İstiqrazları saxtalaşdıran və saxta istiqrazlardan istifadə edən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

6. Tərəflərin məsuliyyəti
6.1 Tərəflər bu müqavilə üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
6.2 “Bank” bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “İstiqraz sahibi”nə vurulan zərərə görə məsuliyyət daşıyır.
6.3 “Bank” “İstiqraz sahibi” tərəfindən istiqraz alınması üçün ödənilən vəsaitin qanunsuz yollarla əldə edilməsinə görə məsuliyyət daşımır.

7. Fors-major
7.1 Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə dəyişiliklər və s.) nəticəsində müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, o şərtlə ki, həmin hallar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.
7.2 Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır.
7.3 Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən Tərəf bu öhdəliklərin yerinə yetirilməsinə ona mane olan halların başlanması və qutarması haqqında digər Tərəfi yazılı surətdə xəbərdar etməlidir.

8. Digər şərtlər
8.1 Qüsuru olan və zədələnmiş istiqrazların satılması qadağandır.
8.2 İstiqrazın saxta olmaması şübhə doğurmadığı halda alınır, onlara hesablanmış faizlər ödənilir və stimullaşdırıcı lotereyada iştirak edir.
8.3 Hər bir istiqraz aşağıdakı şərtlərə uyğun gəldikdə ödənilmək hüququna malikdir:
8.3.1 İstiqrazın seriyasında düzəliş edilməyibsə;
8.3.2 İstiqrazın məbləğinin hərflə göstərilən hissəsində kəsilmələr, onların ödənilməsinə dair haqq-hesab ştampı və məbləğin ödənilməsi barədə əlyazma qeydlər yoxdursa və əvvəlki ödəmələrin izi gizlədilmirsə;
8.3.3 İstqrazların yarısı və onun üzərində seriya nömrəsi qalıbsa, istiqrazların çirklənməsi, çox işlənməsi və yaxud təsadüfi hallarda zədələnməsi (əgər başqa ödənilmə keyfiyyətləri qalıbsa) onların ödənilməsinə mane ola bilməz;
8.3.4 İstiqrazlar bir neçə hissəyə bölünərsə (hissələrdən biri istiqrazın yarısından böyük olmaq şərtilə) dəyişdirilə bilər.

 
Əsas sayta qayıtmaq