Haqqımızda
Tarix

«Muğanbank» ASC 1992-ci ildə yaradılmışdır. Yarandığı tarixdən Bankın məqsədi ölkə iqtisadiyyatının inkişafında iştirakçı olmaq, geniş əhali kütləsinə bütün növ bank xidmətləri göstərmək və bununla da bank sistemində qabaqcıl maliyyə institutlarından birinə çevrilmək olmuşdur. Yarandığı tarixdən etibarən 22 il ərzində bank daim inkişaf yolunu tutmuş, illər keçdikcə Azərbaycanın bank sistemində möhkəmlənmiş, xidmətləri həm keyfiyyət, həm də kəmiyyət baxımından artmışdır. «Muğanbank»ASC Azərbaycanın bank sistemində stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.

Bankın missiyası

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla, yüksək keyfiyyətli xidmət göstərmək üçün motivasiya olunan peşəkar komanda yaratmaq və nəticədə bankın stabil artan gəlirliyini və investisiyaların dəyərinin dinamik artımını təmin etmək.

Bankın şüarı

Hər bir fərdi müştəriyə yüksək keyfiyyətli xidmət göstərmək, korporativ müştərilər üçün nüfuzlu simaya malik olmaq, dövlətə dayaq və dəstək vermək, beynəlxalq səviyyədə tanınmaqdır.

Bankın strategiyası

«Muğanbank» ASC, özünün maliyyə institutları ilə birlikdə müştərilərinə bütün növ maliyyə xidmətlərinin yüksək səviyyədə hıyata keçirən xarici investisiyalı maliyyə holdinqinə çevrilmək.

Bu gün tam məsuliyyətlə bildirmək olar ki, həyata keçirilmiş məqsədyönlü strateji və taktiki planlar nəticəsində «Muğanbank» ASC Azərbaycanda və bir çox xarici ölkələrdə tanınan banklardan biri olmuşdur.

«Muğanbank»ASC hüquqi və fiziki şəxslərə aşağıdakı bank xidmətlərini göstərir:

·        əhalidən əmanətlərin qəbulu;

·        depozit seyflərinin icarəsi;

·        plastik kartlarla əməliyyatlar;

·        hər növ valyuta əməliyyatları;

·        dünyanın istənilən ölkəsinə valyuta köçürmələri;

·        kreditlərin verilməsi (istehlak, avto, ipoteka, biznesin genişləndirilməsi, inşaat, təhsil, ticarət, kənd təsərrüfatı və s.)

 

Bank respublikada keçirilən investisiya layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir. Bankın əsas xarici müxbir bankları kimi  «Raiffeisen Zentralbank Ag» (Avstriya), «Alfa Bank» (Rusiya), «Credit Dnepr Bank» (Ukrayna),” Promsvyazbank” (Russiya), “ TBC Bank “ (Gürcüstan) çıxış edir.

Muğanbank, həm beynəlxalq əlaqələrin, həm Azərbaycanın işgüzar mühitində fəal iştirakın vacibliyini dərk edərək, müxtəlif yerli və xarici qurumların nüfuzlu üzvü olub: Azərbaycan Banklar Assosiasiyası; Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası; Azərbaycan-Türkiyə İş Adamları Birliyi; Azərbaycan Risk Peşəkarları Assosiasiyası; Azərbaycan Mikro-Maliyyə Assosiasiyası; AzeriCard; SWIFT, AZIPS, XÖHKS; MasterCard International; Visa International; Sahibkarlığa Kömək Milli Fondu; Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi; Azərbaycan İpoteka Fondu; Bakı Banklararası Valyuta Birjası; Bakı Fond Birjası; Əmanətlərin Sığortalanması Fondu; Avropa Yenidənqurma və İnkişaf Bankı;  Beynəlxalq Maliyyə Korporasiyası; World Business Capital Inc.;  NASDAQ OMX Riga;  Dünya Bankı; •Xarici Özəl İnvestisiyalar Korporasiyası; ABŞ Beynəlxalq İnkişaf Agentliyi;  Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası.

 

Güclü kadrlar

Bankın əməkdaşlarının operativliyi və professionallığı banka müraciət edən müştərilərin düzgün məlumatlandırılmasına, yüksək xidmət göstərilməsinə şərait yaradır ki, bu da öz növbəsində bankımızın xidmətlərindən istifadə etmək  istəyən müştərilərin sayının günbəgün artmasına səbəb olur.

Sərhəd tanımayan Bank

«Muğanbank»ASC İqtisadi İnkişaf Nazirliyinin, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil bank seçilmişdir. "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə qaydalarına" müvafiq olaraq Fondun vəsaitlərinin səmərəli istifadəsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələrindən ibarət Müşahidə Komissiyasının 30 sentyabr 2002-ci il tarixli 02 saylı qərarı ilə «Muğanbank» ASC müvəkkil bank seçilmişdir.

Təsisçilərin ümumi yığıncaqlarında bankın strategiyası müzakirə olunarkən Bakıda və Respublikanın müxtəlif regionlarında bank əməliyyatlarının bütün növləri üzrə əhaliyə, eləcə də sahibkarlıq subyektlərinə xidmət göstərilməsi vacib amillərdən biri kimi qəbul edilmişdir.

Bank tərəfindən Respublikanın müxtəlif regionlarında sahibkarlıq subyektlərinə həm bankın öz vəsaitləri, həm də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kreditləşmənin aparılması məqbul sayılır.

«Muğanbank» ASC-ni kiçik və orta sahibkarlığın inkişafına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə vəsaitlərin banklar vasitəsilə yerləşdirilməsi istiqamətində fəaliyyəti uğurla davam etdirməkdədir.

«Muğanbank» ASC maliyyə təsərrüfat fəaliyyətinin auditi beynəlxalq standartlara uyğun aparılır. «Baker Tilly Azerbaijan» beynəlxalq audit şirkəti ilə əməkdaşlıq edir və 2009–2014-cü illərin maliyyə təsərrüfat fəaliyyətinin auditi məhz bu şirkət tərəfindən həyata keçirilmişdir.

Bank müxtəlif yerli və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını uğurla davam etdirir. Bank kiçik və orta sahibkarlığın kreditləşməsində AYİB ilə əməkdaşlıq edir.

Bankın plastik kart bazarındakı mövqeyinin möhkənlənməsi VISA və MasterCard kimi beynəlxalq ödəniş sistemləri ilə qurulmuş əlaqələrin nəticəsidir.

«Muğanbank»ASC iri müəssisələrlə biznes və layihə maliyyələşdirilməsi sahəsindəki qarşılıqlı faydalı əməkdaşlığını, həmçinin qarşılıqlı faydalı layihələrin birgə həyata keçirilməsi sahəsində Rusiya bankları, iri miqyaslı xarici banklar və investisya fondları ilə əlaqələrini genişləndirməyi planlaşdırır.

27 Noyabr 2006-cı il tarixində «Muğanbank» ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 1 milyon ABŞ dolları məbləğində birinci kredit xətləri, 27 Noyabr 2007- ci il tarixində isə «Muğanbank»ASC və AYİB arasında kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 4 milyon ABŞ dolları və ticarətin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində ikinci kredit xətləri açılmışdır.

2010-cü ildə “Muğanbank” ASC ABŞ-ın WorldBusiness Capital Inc (“WBC) investisiya fondu ilə 10 million ABŞ dolları məbləğində kredit müqaviəsi bağlamışdır.

2013-cü ildə Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi nominal dəyəri 7 mln. ABŞ dollarına bərabər olan 7 min ədəd qiymətli kağızları Latviya Mərkəzi Depozitariyası (LMD) tərəfindən qeydiyyata alınaraq NASDAQ OMX Riga fond birjasında yerləşdirilmişdir. 

“Muğanbank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür. AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə “Muğanbank” ASC-yə   müvafiq mükafat təqdim olunmuşdur.

“Muğanbank” ASC,  Baker & McKenzie, BCP Securities  və BNP Paribas qurumlarının dəstəyilə 50 milyon ABŞ dolları məbləğində Avrokommersiya qiymətli kağızları proqramını  (ECP programme) həyata keçirmiş  və həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilmişdir. Xüsusilə vurğulamaq istərdik ki, Avrokommersiya qiymətli kağızları proqramı Azərbaycanda ilk dəfə “Muğanbank“ ASC tərəfindən beynəlxalq  bazara çıxarılmışdır.

“Muğanbank” ASC nüfuzlu KfW banklar qrupunun üzvü Deutsche Investitions- und Entwicklungsgesellschaft mbH (DEG) təşkilatı ilə əməkdaşlığa başlamışdır. DEG-dən 15 milyon ABŞ dolları məbləğində kredit vəsaitinin cəlb olunması istiqamətində işlər hal-hazırda davam edir. 

Avropa Yenidənquma və İnkişaf Bankı (“AYİB”) Azərbaycanda enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC-yə 3 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Sözügedən kredit Qafqazda Enerjiyə Qənaət Proqramının bir hissəsidir. “Muğanbank“ ASC AYİB-in Azərbaycanda həmin proqram çərçivəsində enereji səmərəliliyi üzrə layihələrin maliyyələşməsini təmin edən üçüncü partnyor maliyyə təşkilatı olacaqdır. Enerji səmərəliliyinə investisiyalarla bağlı  “Muğanbank” ASC  AYİB konsultantlarının texniki dəstəyindən də istifadə edir.

The Green for Growth Fund, Southeast Europe (GGF)  Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə “Muğanbank” ASC- yə 5 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. Sözügedən kredit “Muğanbank” ASC-yə Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcəkdir. “Muğanbank” ASC tərəfindən veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində əsas enerjiyə il ərzində 8,700   MVt.saat qənaət olunacağı proqnozlaşdırılır. İnvestisiyasından əlavə, GGF, Texniki Yardım Xidməti vasitəsilə “Muğanbank” ASC-yə enerji səmərəliliyi üzrə kredit məhsulları ilə  işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərir. 

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası  (ICD) Azərbaycanda  kiçik və orta müəssisələrin ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək uyğun layihələrinin maliyyələşdirilməsi məqsədilə “Muğanbank” ASC -yə   10  milyon ABŞ dolları məbləğində maliyyə xətti ayırmışdır.

Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) Azərbaycanın kənd təsərrüfatı rayonlarında mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə “Muğanbank” ASC-yə  5 milyon ABŞ dolları məbləğində kredit vəsaiti ayırmışdır.  Sözügedən kredit “Muğanbank” ASC-yə  Azərbaycanın kənd təsərrüfatı rayonlarındakı  müəssisələri kifayət qədər maliyyələşmə ilə təmin etməyə, habelə ölkəmizin ucqar kənd təsərrüfatı rayonlarına da xidmət etməyə imkan verəcəkdir.

“Muğanbank” ASC əsasən ölkəmizin regionlarında yeni filiallarını açaraq 2014-cü ildə filiallarının sayını 42-yə, şöbələrinin sayını isə 7-yə çatdırmaqla filial şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmişdir

Bank həmçinin Beynəlxəlq Maliyyə Korporasiyasının korporativ idarəetmə standartlarının tətbiq edilməsi üzrə pilot proqramına seçilmişdir.

Bankın qısa Strateji Baxışı (Vision)

Muğanbank” ASC əsasən əhali, kiçik və orta müəssisələrə fokus edən Respublikanın regional mərkəzlərində yerləşən filial şəbəkəsi olan retailyönümlü universal bank kimi fəaliyyətini davam etdirməklə bazar mövqeyini getdikcə gücləndirmək.

 

 Qısa missiya bəyannaməsi

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla peşəkar komanda ilə  müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə,  bankın stabil artan gəlirliyini investisiyalarındəyərinin dinamik artımını təmin etmək.

Bankın səhmdarları 2014-2017-ci illəri əhatə edən strateji dövr üzrə Menecment qarşısında aşağıdakı strateji hədəfləri qoyur:

2014-2017-ci illər üzrə Əsas Strateji Hədəflər

1.     Korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsini davam etdirmək 

2.     İnsan resurslarının idarəedilməsi sistemlərinin təkmilləşdirilməsini davam etdirmək 

3.     Marketinq və satış işini təkmilləşdirmək  

4.     Məlumat texnologiyaları və məlumat axınlarını təkmilləşdirmək

5.     Bankın filial şəbəkəsinin regionlarda genişləndirilməsi

6.    Bankın  Beynəlxalq Əlaqələrini daha da inkişaf etdirmək

7.    Bankın mövcud məhsullarını inkişaf etdirmək,yeni məhsullar yaratmaq,gəlirliyini artırmaq.

8.    Banka xarici investor cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək.


Bankın Biznes Fəlsəfəsi

Bank öz biznes fəlsəfəsində aşağıdakı dəyərlərə söykənir:

·        Etibarlılıq

·        Təhlükəsizlik

·        Düzlük

·        Şəffaflıq

·        Yüksək keyfiyyətli xidmət

·        Müştəri ilə tərəfdaşlıq

·        Bankın səhmlərinin gəlirliliyi

Bank bu dəyərləri özünün həm biznes, həm də institusional strategiyasında və gündəlik fəaliyyətində əsas tutur.

Bankın məqsədi komanda üzvləri və biznes tərəfdaşları ilə daimi əməkdaşlıq qurmaq, onlara özlərinə layiq diqqət göstərməkdir.

Missiya bəyannaməsi

Bankın səhmdarları həm mövcud, həm də potensial səhmdarlara, həm komanda üzvlərinə, həm də biznes tərəfdaşları olan müştərilərinə aşağıdakı çağırışları edir:

İnvestor üçün – aşağı risklə stabil artan dividend, investisiyanın dəyərinin artımı, maraqlarının ən yüksək dərəcədə qorunmasını təmin etmək.

İşçi üçün – səlahiyyət, iş şəraiti, motivasiya, işçini inkişaf etdirən bir banka çevrilmək.

Biznes tərəfdaşı üçün – etibarlı bankda hər müştəriyə fərdi yanaşma və fərdi xidmət.

Qısa missiya bəyannaməsi

Bankın maraqlı tərəflərinə çağırışlarını qısa olaraq aşağıdakı kimi bəyan olunur:

 

Hər bir biznes tərəfdaşına fərdi yanaşmaqla peşəkar komanda ilə  müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə,  bankın stabil artan gəlirliyini investisiyalarındəyərinin dinamik artımını təmin etmək.