Daxili Komitələr | MuganBank

Daxili Komitələr

Risklərin İdarəedilməsi Komitəsi

Komitənin sədri Ələkbərov Şaiq
Komitənin üzvü Həsənov Elmir
Komitənin üzvü Cəlilov Rəsul
Komitənin üzvü Qasımlı Etibar
Komitənin üzvü Göyüşov Vüsal
Komitənin üzvü Qaraşova Səbinə
Komitənin üzvü Karpenko Pavel
Komitənin üzvü Həsənov Şahin

Komitənin əsas vəzifələri

  • ­Bankın biznesində olan bütün risklərin müəyyən olunması, qiymətləndirilməsi və sığortalanması qaydalarının hazırlanması və Müşahidə Şurasına təqdim olunması;
  • Risklərin və onlara nəzarət üsullarının müəyyənləşdirmək və müvafiq xəritəni tərtib etmək;
  • Risk təhlükəsi olan sahələr üzrə limitləri müəyyən etmək (buraya qarşı tərəfin maksimal risk təhlükəsi, risk mövqeyi məbləği kimi sadə tərkibli limitlər və Riskə məruz Dəyər, Stres Testləri kimi risk qiymətləndirməsi metodları ilə ölçülən təkmilləşdirilmiş limitlər daxildir);
  • Bankın aktiv və öhdəlikləri üzrə vəsaitləri bölüşdürülmək. Bölüşdürülmə ilə bağlı qərarlar likvidlik boşluğu (cəlb edilmiş vəsaitlərlə yerləşdirilmiş vəsaitlər arasında fərq) təhlilləri əsasında qəbul edilib. Bazar likvidliyi riski mövqeləri bağlamaq üçün ehtimal edilən müddət əks etdirilir və bu məqsədlə Riskə məruz Dəyər metodu tətbiq edilir;
  • Bankın vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə kreditləşdirmə və maliyyələşdirmə sxemlərini təsdiq etmək və s.

Mükafatlandırma Komitəsi

Komitənin sədri Göyüşov Urfan
Komitənin üzvü Həsənov Elmir
Komitənin üzvü Cəlilov Rəsul
Komitənin üzvü Göyüşov Vüsal
Komitənin üzvü Vəliyev Rüstəm
Komitənin üzvü İsmayılov Samir
Komitənin üzvü Qaraşova Səbinə
Komitənin üzvü Seyidov Elçin
Komitənin üzvü Əliyeva Bahar

Komitənin əsas vəzifələri

  • ­ Mükafatlandırma siyasətinin bankın mənafeyinə zidd olmamasının təmin edilməsi və bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli perspektivdə gəlir əldə edilməsinə yol verməməsi;
  • ­ Mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı daxili prosedurların hazırlanması və bu prosedurların Bankın risklərin idarəedilməsi qaydalarına uyğunluğunun təmin edilməsi;
  • ­ Mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, o cümlədən ən azı ildə bir dəfə Risklərin idarəedilməsi Komitəsi ilə birgə mükafatlandırma sisteminin qiymətləndirilməsi;
  • ­ Mükafatlandırmanın həcmi barədə Müşahidə Şurasına təkliflərin verilməsi və s.

Audit Komitəsi

Komitənin sədri Həsənov Şahin
Komitənin üzvü Hüseynov Qabil
Komitənin üzvü Məmmədzadə Veis  

Komitənin əsas vəzifələri

  • ­ Bankın Kənar Auditorunun işinə nəzarət etmək, o cümlədən Kənar Auditorun Bank üçün gördüyü işlərin illik proqramını hazırlamaq və tətbiqini nəzərdən keçirmək;
  • Daxili nəzarət sistemində və ya bu kimi məsələlərdə olan hər hansı bir dələduzluq hallarını, qeyri-qanuni hərəkətləri, yanlışlıqları Kənar Auditorla və daxili audit bölməsi ilə birgə nəzərdən keçirmək;
  • ­Mühasibat uçotu və hesabatlığa dair mühüm məsələləri nəzərdən keçirmək və onların Bankın maliyyə hesabatlarına təsirini qiymətləndirmək;
  • ­Maliyyə hesabatlarına mühüm təsir göstərə biləcək hər hansı bir hüquqi məsələləri nəzərdən keçirmək;
  • ­İllik maliyyə hesabatlarını nəzərdən keçirmək və onların tam və Komitə üzvlərinə məlum olduğu məlumata uyğun olmasını müəyyən etmək və maliyyə hesabatlarının müvafiq mühasibat uçotu prinsiplərini əks etdirməsini qiymətləndirmək;

APİK

Komitənin Sədri Cəlilov Rəsul
Komitənin üzvü Həsənov Elmir
Komitənin üzvü Qasımlı Etibar
Komitənin üzvü Göyüşov Vüsal
Komitənin üzvü Vəliyev Rüstəm

Komitənin əsas vəzifələri

  • ­ Likvidliyinin səmərəli idarə eldilməsi də daxil olmaqla, Bankın mənfəətliliyini təmin etmək;
  • ­ Bazarın konyukturasına uyğun olaraq, resursların cəlb edilməsi, investisyalar, bazar riskləri üzrə limitlərə yenidən baxmaq, ehtiyac olduqda aktiv və passivlərin idarə edilməsi üzrə siyasət və qaydaların, habelə Risklərin idarə edilməsi Komitəsi tərəfindən müəyyən olunmuş korporativ limitlərin dəyişdirilməsi üzrə təkliflər vermək;
  • ­ Xəzinədarlığın səmərəli işləməsini təmin edən digər tədbirləri görmək və s.

Kredit Komitəsi

Komitənin Sədri Allahverdiyev Şakir
Komitənin üzvü Həsənov Elmir
Komitənin üzvü Cəlilov Rəsul
Komitənin üzvü Qasımlı Etibar
Komitənin üzvü İsmayılov Samir
Komitənin üzvü Göyüşov Vüsal
Komitənin üzvü Vəliyev Rüstəm

Komitənin əsas vəzifələri

  • ­ Kredit portfelini sahə, kreditin növü, region, ölkə, valyuta, müştəri qurupu və filiallar üzrə diversifikasiya etmək, kreditlər üzrə qərarqəbuletmə limitlərini müəyyənləşdirmək;
  • ­ kredit portfeli, onun strukturu və borcalanlar barədə müvafiq icra strukturlarından zəruri məlumatlar almaq və onu təhlil etmək;
  • ­ kreditləşmə sahəsində qaydaların dəyişdirilməsi və ya ona əlavələr edilməsi barədə İdarə heyəti qarşısında məsələ qaldırmaq;
  • kredit portfelinin keyfiyyətinə görə məsuliyyət daşımaq və s.

İnformasiya Texnologiyaları Komitəsi

Komitənin sədri Həsənov Elmir
Komitənin üzvü Qaraşova Səbinə
Komitənin üzvü Karpenko Pavel
Komitənin üzvü Allahverənov Kamil
Komitənin üzvü Seyidov Elçin
Komitənin üzvü Qocalı Novruz

Komitənin əsas vəzifələri

  • ­ alinmali olan İT məhsullarını planlaşdırmaq və həcmini müəyyən etmək;
  • alınacaq proqram paketlərinin zəruriliyi, mahiyyəti və xərclərin  təhlilini  həyata keçirmək,  isə salınma  grafikini müəyyən etmək;

  • ­ istifadə olunacaq proqram, aparat vasitələri və kommunikasiyaların ümumi strukturunu hazırlamaq;
  • ­ bankın struktur vahidləri tərəfindən hazirlanan İT üzrə funksional tələbləri təhlil etmək və onların bankin biznes planına uyğunluğunu yoxlamaq və onların yerinə yetirilməsi xərclərini nəzərə almaqla effektivliyini qiymətləndirmək;
  • ­ proqramların yaradılması mərhələləri, onların dəyişdirilməsi, onlara əlavələr edilməsi və işlək vəziyyətdə saxlanması üzrə İT standartlarını təsdiq etmək və s.