Mobil bankinq | MuganBank

Mobil bankinq

“Muğanbank” ASC müştəriləri üçün yenilənmiş MobilBank xidmətini təqdim edir. Yəni müştərilər artıq mobil telefon vasitəsilə, banka müraciət etmədən kart hesablarını idarə edə bilərlər. 

Müştərilər mobil telefon vasitəsi ilə hesabında olan pulun kartdan karta köçürülməsi, kartın bloklanması, hesabdan çıxarışın alınması, kartın balansı haqqında informasiyanın əldə edilməsi kimi xidmətlərdən istifadə edə bilərlər. 
Həmçinin, MobilBank xidməti vasitəsilə kommunal, mobil operator, internet provayder xidmətlərinin ödənişini həyata keçirmək mümkündür. Müvafiq sistemin üstünlüyü əməliyyatların həyata keçirilməsi üçün zaman və makan asılılığının olmaması, habelə istənilən mobil operator nömrəsindən qoşulma imkanıdır. 

Mobil telefon vasitəsilə  ötürülən məlumatların şifrələnməsi xidmətin təhlükəsizliyini təmin edir. 

Xidmət tam pulsuzdur!

Mobil telefonun proqram təminatından asılı olaraq MobilBank xidmətinə aşağıda göstərilmiş linklər vasitəsilə qoşulmaq olar: