Press-mərkəz
“MONEX” sistemi Azərbaycan və Yunanıstan arasında təcili pul köçürmələrinə başladı

“MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, artıq “Rico Express” mikromaliyyə təşkilatının Yunanıstanda fəaliyyət göstərən bütün şöbələrində (“Rico Express”-in Yunanıstanda 11 məntəqəsi mövcuddur) “MONEX” təcili pul köçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur. Xidmət və tariflər ilə bağlı ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək mümkündür.