Fərdi bankçılıq
İstiqraz
Hər 45 gündən bir, ildə 8 dəfə 50 000 AZN udmaq şansıni qazan!

“Muğanbank” ASC tərəfindən emissiya olunmuş, Azərbaycan Respublikası Qiymətli Kağızlar uzrə Dövlət Komitəsi tərəfindən 14 avqust 2009-cu il tarixdə AZ 200200546, 15 aprel 2010-cu il tarixdə AZ 200300546, 30 sentyabr 2010-cu il tarixdə AZ 200400546 saylı Dövlət qeydiyyat nömrələri ilə təsdiq olunmuş nominalı 50(əlli) manat olan sənədli, adsız, faizli istiqrazların alınması.

İstiqraz Emitent tərəfindən 10(on) illik müddətə emissiya olunmuşdur və illik 2(iki) faiz gəlirlilik təmin edir.

İstiqrazların yerləşdirilməsi İstiqrazların nominal dəyəri ilə həyata keçirilir. İstiqrazların yerləşdirilməsi zamanı istiqrazların nominal dəyərindən emitent tərəfindən ilk 15 gündə 1,0 %, ikinci 15 gündə 2% və üçüncü 15 gündə 3% məbləğində komissiya tutulur. İstiqrazların geri satın alınması nominal dəyərlə həyata keçirilir.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarına əsasən 14 iyul 2015-ci il tarixli “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının qanununun 23.1-ci və 91.1-ci maddələrinə müvafiq olaraq “Muğanbank” ASC tərəfindən emissiya olunmuş “Adsız İstiqrazlar”-ın dövriyyəsi 15 mart 2016-cı il tarixindən dayandırılıb. İstiqraz sahibləri istiqrazlarını sonuncu tiraj tarixindən 730 gün ərzində geri qaytara bilərlər.

Nəzərinizə çatdırmaq istərdik ki, 16 mart 2016-cı il tarixindən “Muğanbank” ASC  yeni layihəsinə start verib, “Muğanbank Çek” adlı məhsulu müştərilərinə təqdim edir. “Adsız İstiqrazlar”-ın sahibləri istiqrazları, heç bir əlavə xərc ödəmədən, baş ofis və filiallarda “Muğanbank Çek”-lərə dəyişdirə bilərlər. “Muğanbank Çek” üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edəcək. Maksimal uduş məbləği 10 000 AZN-dir.