Muğanbank Çek
Tirajın şərtləri

Çeklərin emissiyası haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqan: 01 fevral  2016-cı il tarixdə  “Muğanbank” ASC Müşahidə Şurası tərəfindən qəbul edilib.

Çeklərin növü və forması: Sənədli adsız çeklər

Çeklərin seriyası: MUG 005

Çekin nömrəsi: 000001 – 200000

Çekin miqdarı: 200 000 (İki yüz min) ədəd

Çeklər buraxılışının ümumi məbləği (nominal dəyərlə): 10.000.000 (on milyon) manat

Hər bir Çekin nominal dəyəri:  50 (əlli) manat.

Çeklərin nominal dəyərinin ödənilməsi nəğd yolu ilə həyata keçirilir

Çeklərin tədavül (ödənilmə) müddəti: çeklərin dövriyyəyə buraxılması tarixindən etibarən 10 (on) ildir.

Çeklərin son ödənilmə müddəti: tədavül dövrü bitdikdən sonra, 730 (yeddi yüz otuz) gün ərzində həyata keçiriləcəkdir.

Çeklərin yerləşdirilməsi zamanı emitent tərəfindən uduş tirajından sonra ilk 15 (on beş) gün ərzində çeklərin nominal dəyərindən 1 (bir) faiz, ikinci 15 (on beş) gün ərzində 2 (iki) faiz və üçüncü 15 (on beş) gün ərzində 3 (üç) faiz məbləğində komissiya tutulur. Çeklərin geri satınalınması nominal dəyərlə həyata keçirilir.


Bir tirajda oynanılan uduşların sayı və məbləği (manatla)

Bir istiqraz vərəqəsinə (nominal dəyəri daxil olmaqla) düşən uduşun məbləği) (manatla)
Uduşların sayı Uduşların məbləği (manatla)

 
 10,000.00  1  10,000.00 
 5,000.00  1  5,000.00 
 2,500.00  3  7,500.00 
 1,000.00  12  12,000.00 
 500.00  13  6,500.00 
 250.00  130  32,500.00 
 100.00  140  14,000.00 
CƏMİ 300 87,500.00