Plastik kartlar - Muğanbank
Fərdi bankçılıq
Plastik kartlar

Bankomatların xəritəsi

"Muğanbank" ASC-nin plastik kartı – sizin bankda olan cari hesabınıza "açardır".

Kart hesabı aşağıdakı imkanları yaradır:

  • Bankomatlarda və xüsusi terminallar təchiz olunmuş (POS-terminallar) nəğd pulun verilməsi məntəqələrində nəğd pulların alınması;
  • Kartları qəbul edən müəssisələrdə mal və xidmətlərin ödənilməsi;
  • Kartı hansı valyutada açmanızdan asılı olmayaraq (milli valyuta, ABŞ dolları və ya Avro), siz dünyanın istənilən ölkəsində “kart” vasaitindən istifadə edə bilərsiniz.

Bunu nəzərə alaraq xarici ölkəyə kartla səfər etmək üç qat rahatdır:

  • Bu təhlükəsizdir,çünki pin kodu yalnız siz bildiyinizə görə kart üzrə nəğd pulu yalnız siz ala biləcəksiniz;
  • Bu sərfəlidir, çünki konvertasiya komissiyasız və valyutanın mübadilə məntəqəsindəki kursdan daha sərfəli kursla həyata keçiriləcək;
  • özünüzlə nəğd pul götürmək ehtiyacı olmadığına görə bu rahatdır, çünki demək olar ki, hər şeyi siz kart vasitəsi ilə ödəyə bilərsiniz. Bundan əlavə kartda olan pulları siz sərhəddən keçərkən deklarasiyada göstərməli deyilsiniz.

Kart hesablarını iki növə bölmək olar: debet sxemi ilə işləyən hesablar və kredit sxemi ilə işləyən hesablar. Kartlarda müvafiq olaraq debet ve kredit kartlarına bölünürlər.